DÇ-2010-da Finlandiya, Avro-2012-də Azərbaycan
08.06.2011 - 13:25
DÇ-2010-da Finlandiya, Avro-2012-də Azərbaycan
Azərbaycan millisi Avro-2012-nin rekorduna imza atıb. Apasport.az saytının məlumatına görə, Berti Foqtsun yetirmələri cari seçmə mərhələdə Avropanın ən titullu komandası olan Almaniyaya hər 2 matçda qol vuran yeganə komanda olub.

Səfərdə Vaqif Cavadovun, evdə isə Murad Hüseynovun vurduğu qollardan başqa heç kim bu mərhələdə Bundestimi məyus etməyib. Çünki almanların buraxdığı digər qol Fridrixin avtoqolu sayəsində mümkün olub.

Almaniyaya hər 2 seçmə oyunda qol vuran sonuncu komanda Finlandiyadır. Skandinaviyalılar DÇ-2010-nun seçmə mərhələsində Bundestimlə hər 2 matçda qol sevinci yaşayan yeganə komanda idi.