“Srvena Zvezda”nın qapıçısı “Neftçi”yə gəldi
08.06.2011 - 13:47
“Srvena Zvezda”nın qapıçısı “Neftçi”yə gəldi
“Neftçi” klubu Çempionlar Liqasına hazırlığı davam etdirir. Komandanın Mətbuat və İctimaiyyətlə Əlaqələr Departamentinin rəisi Elnur Əşrəfoğlunun apasport.az saytına verdiyi məlumata görə, ötən gecə Bakıya gələn Serbiyanın "Srvena Zvezda" klubunun qapıçısı Saşa Stamenkoviç da düşərgədə yer alıb.

26 yaşlı serb qapıçının "Neftçi"yə keçidi ilə bağlı danışıqlar davam edir. Ancaq çempion digər qapıçıları nəzərdən keçirir ki, onlar arasında Belarus yığmasının qapıçısı Sergey Veremko var.

Qeyd edək ki, tibbi müayinədən keçən “Neftçi”nin futbolçuları bu gün baş məşqçi Arif Əsədovun rəhbərliyi altında məşq ediblər. Müxtəlif yığmaların düşərgəsində olan futbolçular bugünkü hazırlığa qatılmayıblar.