Yoahim Löv: 98 faiz final mərhələsindəyik
08.06.2011 - 15:09
Yoahim Löv: 98 faiz final mərhələsindəyik
Almaniya milli komandasının baş məşqçisi Yoahim Löv yetirmələrinin Avro-2012-nin final mərhələsinə çıxmaq şanslarını dəyərləndirib. Apasport.az saytının məlumatına görə, Azərbaycan millisinə səfərdə 3:1 hesabı ilə qalib gələn Bundestimin çalışdırıcısı komandasının final mərhələsinə daha da yaxınlaşdığını bildirib. Bununla da o, pley-offa vəsiqəni rəsmən təmin edən Almaniya yığmasının Poşşa və Ukraynadakı yarışa vəsiqəni hələ əldə etmədiyini təsdiqləyib: “Komandamız final mərhələsinə hələ çıxmayıb. Demək olar ki, məsələni 98 faiz həll etmişik. Buna artıq növbəti qarşılaşmada aydınlıq gətirə bilərik. İndi komandada həmin yarışa yollanacaq 23 yerlik heyətə düşmək üçün rəqabət gedir”.