Bu da hakimlərimizin səviyyəsi
08.06.2011 - 15:19
Bu da hakimlərimizin səviyyəsi
Azərbaycanlı hakim Anar Salmanov AVRO-2012-nin seçmə mərhələsində keçirilən Belarus – Lüksemburq matçını idarə etməklə tarixə düşüb. Apasport.az saytının məlumatına görə, Salmanov əsas yığmaların seçmə oyunlarına təyinat alan 4-cü hakimdir. Bu da müstəqil Azərbaycan futbol hakimlərinin səviyyəsindən xəbər verir.

Ölkəmiz 1994-cü ildən FİFA və UEFA-ya üzvdür və yığmamız 17 ildir seçmə mərhələdə oynasa da, indiyədək 6 belə qarşılaşma bizim hakimlərə həvalə olunmuşdu. Digər ölkələrdən olan hakimlər təkbaşına 2-3 seçmə mərhələyə daha çox qarşılaşma idarə edir.

Dünya və Avropa çempionatlarının final mərhələsinin xəyalları ilə yaşayan hakimlərimiz isə Tofiq Bəhramov ənənələrini layiqincə davam etdirmir. Yoxsa ki, Salmanova qədər bu qədər az – 6 təyinat almazdıq.

Hakimlərimiz seçmə mərhələlərdə

DÇ-1998-in seçmə mərhələsi (Xaqani Məmmədov)
09.10.1996 Litva – Lixtenşteyn - 2:1

DÇ-2002-nin seçmə mərhələsi (Xaqani Məmmədov)
05.09.2001 Çexiya – Malta – 3:2

AVRO-2000-in seçmə oyunu (Asim Xudiyev)
10.10.1998 San-Marino – İsrail – 0:5

AVRO-2004-ün seçmə oyunu (Asim Xudiyev)
20.11.2002 San-Marino – Latviya – 0:1

AVRO-2008-in seçmə mərhələsi (Vüsal Əliyev)
07.10.2006 Çexiya – San-Marino – 7:0
27.03.2007 Moldova – Malta – 1:1

AVRO-2012-nin seçmə mərhələsi (Anar Salmanov)
07.06.2011 Belarus – Lüksemburq – 2:0