“Qəbələ” Muradına Hüseynovla çatdı
08.06.2011 - 17:08
Azərbaycan yığmasının futbolçusu Murad Hüseynov “Qəbələ” klubunun tarixinə düşüb. Apasport.az saytının məlumatına görə, 22 yaşlı hücumçu formasını geyindiyi əyalət təmsilçisinin millimizdə ilk qolunu vuran birinci futbolçusu oldu. Bu, Avro-2012-nin seçmə mərhələsində Azərbaycan – Almaniya matçının (1:3) 89-cu dəqiqəsində baş verdi.
Qəbələlilərin qış fasiləsində Serbiyanın I divizion təmsilçisi “Mladost”dan transfer etdiyi Hüseynov Premyer Liqamızda 10 oyunda (766 dəqiqə) 3 qol vurub. Ona yığmamızda qol hesabını açmaq üçün cəmi 3 oyun bəs edib.
Fevralda Macarıstan yığması ilə Dubaydakı yoldaşlıq görüşdə debüt edən Hüseynov Bakıda keçirdiyi ilk oyundaca fərqləndi. Bununla, Murad almanlara ölkəmizdə ilk qolu vuran futbolçu kimi adını tarixə yazdırdı.
Maraqlıdır ki, Hüseynov Bundestimə 1-ci qolu vuran azərbaycanlı həmkarını, həmyaşıdını əvəzləmişdi. Yəni, millimizin cari seçmə mərhələdə Kölndə 1:6 hesabı ilə uduzduğu görüşdə Manuel Noyerin qapısına yol tapan hücumçu Vaqif Cavadov Bakıdakı oyunun 72-ci dəqiqəsində yerini Murada verdi və onun qoluna kənardan sevindi.
Muradın ilk qolunu məhz almanlara vurmasında da maraqlı məqamlar var. Əvvəla, klubsuz qalan bu futbolçunu məhz millimizin almaniyalı baş məşqçisi Berti Foqts taparaq, onu “Qəbələ”yə keçidində təşəbbüskar oldu. Bundan əlavə, Hüseynov qəbələlilərə gəlişindən öncə Almaniyanın II divizion təmsilçisi “Fortuna”ya baxışa yollansa da, onu bəyənməmişdilər. Bu qoldan sonra bir vaxtlar Rusiyanın “Anji” klubunun heyətində olan Muradın adı almanların yadında yaxşı qalar.
Ümumiyyətlə, “Qəbələ”dən millimizin futbolçular ötən ildən, yəni Foqtsun vaxtında cəlb edilir. İlk “qaranquşlar” Ramiz Məmmədov baş məşqçi olanda komandada oynayan müdafiəçilər Vurğun Hüseynovla Arif Daşdəmirov olub.
Onlar Bakıda seleksiya xarakterli toplanışdan sonra seçilərək, mayda Avstriyadakı hazırlıq prosesinə aparıldı. Ancaq Arifə nəinki oradakı yoldaşlıq görüşündə, ümumiyyətlə, hələlik millimizdə debüt etmək nəsib olmayıb. Avstriyadan qayıdandan sonra “Qəbələ” ilə yollarını ayıran Daşdəmirov ötən mövsümü “İnter”də keçirdi.
Vurğun isə Avstriyada meydana çıxmaqla, “Qəbələ”nin millimizdə ilk futbolçusu kimi tarixə düşdü. Ancaq Vurğun da mövsüm bitəndən sonra getməli oldu. Bu, futbolçunun icarəsi bitdiyindən, müqavilə ilə məxsus olduğu “Turan”a qayıdışı ilə bağlı idi. Hüseynov artıq “Qəbələ”yə transfer olmaqla, yenidən yığmamızda bu komandanın futbolçusu kimi oyuna çıxdı və Almaniya ilə görüşdə 90 dəqiqə forma geyindi.
“Qəbələ”nin əsas futbolçularından olan Saşa Yunisoğlu Qazaxıstan və Almaniya ilə rəsmi matçlara çağırılsa da, hər ikisində kənarda qaldı. Onun komanda yoldaşı Arif İsayev Bundestimlə görüşün 2-ci hissəsində Əfran İsmayılovun yerinə meydana daxil oldu və Muradın qol vurduğu epizodda yaxından iştirak etdi.
Bunlar “Qəbələ”nin yığmamızda oynayan futbolçuları olsa da, say artıracaq. Çünki növbəti mövsümdə mükafatlara, avrokuboklara çıxmağa iddialı olacaq komandanın transfer planlarına bir sıra milli futbolçuları daxildir. Onlardan birini keçidi isə hələ apreldə reallaşıb. Söhbət Rusiyanın “Anji” klubunu “Qəbələ”yə dəyişən Mahir Şükürovdan gedir. 29 yaşlı sağ cinah müdafiəçisi uzun müddətdir oynamadığından, millimizin son matçlarına çağırılmadı.
Mehman SÜLEYMANOV

0
0