“Qəbələ” “İnter”in futbolçuları ilə müqavilə bağlayır
08.06.2011 - 16:16
“İnter”in gənc futbolçusu Rövşən Əmiraslanovu da heyətimizə qatmışıq. Şəmkir futbolunun yetirməsi ilə 2 illik müqavilə bağladıq”. Bu sözləri apasport.az saytına açıqlamasında “Qəbələ” klubunun vitse-prezidenti Fariz Nəcəfov deyib.
Mövsümlərarası fasilədə qarşısına heyətini gücləndirmək vəzifəsi qoyan əyalət təmsilçisinin rəsmisi transfer planlarını açıqlayıb: “İnter”in digər futbolçusu, milli komandamızın üzvü Aleksandr Çertoqanovla da danışıqlar gedir. Yəqin ki, bu gün, ya da sabah onunla müqavilə bağlayacağıq. Böyük ehtimalla, onunla da 2 illik anlaşacağıq. Bununla, demək olar yerli futbolçu transferlərini bitirəcəyik. Baş məşqçimiz Toni Adams bizdən 2-3 yerli futbolçu istəyirdi”.
Nəcəfov, həmçinin millimizin digər üzvü Vaqif Cavadovun da mümkün keçidinə münasibət bildirib: “İnter”lilərin keçidindən sonra demək olar ki, milli futbolçularla məsələni bitirdik. Vaqif Cavadova gəlincə, Əmiraslanovla Çertoqanovun keçidindən sonra onun transferinə ehtiyac yoxdur. Vurğun Hüseynovu da transfer etmişdik. Saşa Yunisoğlunu da saxladıq. Üstəlik, Murad Hüseynovla Arif İsayev də komandamızdadır. Millinin bu qədər oyunçusunun bizdə olması kifayətdir”.

0
0