“Qəbələ” üçün 4-cü ingilis klubu
08.06.2011 - 19:39
“Qəbələ” klubunun İngiltərədə keçiriləcək təlim-məşq toplanışı zamanı yoxlama oyununda qarşılaşacağı daha bir komanda məlum olub. Apasport.az saytının məlumatına görə, bu, İngiltərənin regional liqalarından olan Cənub Futbol Liqasının I divizionunda çıxış edən “Sent Olbans Siti”dir. Bu il Cənub Konfransını tərk edən komanda “Qəbələ” ilə iyulun 24-də qarşılaşacaq.
Qeyd edək ki, “Qəbələ” iyulun 20-də “Barnet”, 26-da “Arsenal”ın əvəzedici heyəti, 27-də “Luton Park”la görüşəcək.
Qeyd edək ki, “Qəbələ” iyulun 20-də “Barnet”, 26-da “Arsenal”ın əvəzedici heyəti, 27-də “Luton Park”la görüşəcək.
0
0