Arif Əsədov: Onun oyununu bəyənmişik
08.06.2011 - 16:53
“Srvena Zvezda”dan gələn qapıçı Saşa Stamenkoviçin komandamıza keçidi hələ reallaşmayıb. Bununla əlaqədar klub rəhbərliyi səviyyəsində danışıqlar gedir”. Bu fikirləri apasport.az saytına açıqlamasında “Neftçi” klubunun baş məşqçisi Arif Əsədov deyib.
Azərbaycanı Çempionlar Liqasında təmsil edəcək “ağ-qaralar” qapıçı axtarışındadır. Belqrad təmsilçisi “Srvena Zvezda”dan gələn 26 yaşlı Saşa Stamenkoviç komandamızın hazırda əsas nəzərdən keçirdiyi qapıçıdır.
Əsədovun sözlərinə görə, Stamenkoviç baxışa yox, birbaşa danışıqlara gəlib: “Onun oyununu bəyənmişik. Qapıçılarla işləyən serbiyalı məşqçimiz Neboyşa Manoyloviç vətənində olduğu müddətdə Saşanı izləyib. Biz ötən mövsüm əsas qapıçımız olan Rauf Mehdiyevə yenə güvənirik. Sadəcə, əcnəbi qapıçının gəlişi rəqabəti artıracaq, komandaya faydalı olacaq. Stamenkoviçin 1,94 metr boyu var. Belə ucaboylu qapıçı Çempionlar Liqası oyunlarında standart vəziyyətlərdə problemlərin qarşısını alaraq, yararlı ola bilər. Ötən mövsüm çox oyunlarda iştirak edib, son matçlarda meydanda çıxmayıb. Hər halda, Serbiyada ötən çempionatın gümüş medalçısı olan “Srvena Zvezda”nın qapıçısıdır”.
Ancaq Əsədov başqa qapıçının da gəlişini istisna etməyib: “Yenə variant var. Çünki ola bilər ki, Saşanın keçidi baş tutmadı. Onda digər variantı nəzərdən keçirməli olacağıq. Hələ bu haqda məlumat verməyi ehtiyac görmürəm. Məsələ real olanda açıqlama verməyi üstün tuturuq”.
Mehman SÜLEYMANOV

0
0