AZAL məşq, Zohair Benouahi istirahət edir
08.06.2011 - 23:12
AZAL məşq, Zohair Benouahi istirahət edir
İyunun 5-dən etibarən bir araya gələn AZAL Avropa Liqasının oyunlarına hazırlaşır. Apasport.az saytının xəbərinə görə, hələlik tibbi müayinədən keçən “təyyarəçilər” təlim-məşq toplanışına start verib.

Maraqlıdır ki, komandada qalması nəzərdə tutulan legionerlərdən yalnız biri – Zohair Benouahi hələ düşərgəyə gəlməyib. Klubla müqaviləsi olan mərakeşli yarımmüdafiəçi hazırda vətənində istirahət edir.

Gedərkən ona da digər legionerlər kimi iyunun 5-də Bakıya dönmək barədə tapşırıq verilsə də, Benouahi gələn həftə paytaxta gəlməyi düşünür.