Azərbaycanlıların “Astana Arena”da ardıcıl 2-ci məğlubiyyəti
09.06.2011 - 08:34
Azərbaycanlı Ramiz Məmmədovun baş məşqçisi olduğu Qazaxıstanın “Atırau” klubu növbəti məğlubiyyətini alıb. Apasport.az saytının məlumatına görə, Premyer Liqanın XIV turunda “Astana” klubunun qonağı olan “Atırau” 2:3 hesabı ilə uduzub. Məmmədovun komandası millimizin ötən cümə Qazaxıstan yığmasına uduzduğu “Astana Arena”da 67-ci dəqiqədə darmadağın vəziyyətdə idi – 0:3. Konstantin Aleynikov 5 dəqiqəyə (74 və 79-cu dəqiqələrdə) etdiyi dublla hesab arasındakı fərqi minimuma endirdi. Ancaq bundan artığına gücü çatmayan “Atırau” cari çempionatda 5-ci məğlubiyyətini alıb. 15 oyundan 14 xalı olan Məmmədovun komandası turnir cədvəlində 9-cu pillədə yer alıb.
Qeyd edək ki, Məmmədovun “Atırau”da köməkçiləri həmyerliləri Elxan Abdullayevlə Mehman Baxışovdur.
Qeyd edək ki, Məmmədovun “Atırau”da köməkçiləri həmyerliləri Elxan Abdullayevlə Mehman Baxışovdur.
0
0