“Neftçi” İngiltərə və Almaniya klubları ilə görüşə bilər
09.06.2011 - 09:19
Azərbaycanı Çempionlar Liqasında təmsil edəcək “Neftçi” klubu Türkiyəyə 26 futbolçu ilə yollanacaq. Bu haqda apasport.az saytına məlumat verən komandanın baş məşqçisi Arif Əsədov iyunun 10-da səhər saatlarında səfərə çıxacaqlarını bildirib.
O bildirib ki, əvəzedici heyətdən cəlb etdikləri və icarədən qayıdan bir sıra futbolçuları da toplanışa aparacaqlar: “Əvəzedici komandamızdan 3 futbolçunu götürmüşük. Bunlar Elton Yaqublu, Kərim Diniyev və İlham Allahverdiyevdir. İcarədə olan futbolçularımızdan üçünü qaytarmışıq. Bunlar “Simurq”dan müdafiəçi Elvin Yunusovla yarımmüdafiəçi Elvin Musazadə və “Abşeron”un arxa xətt oyunçusu Emin Mehtiyevdir. Bu 6 gənc futbolçunu Türkiyəyə hazırlığa aparacağıq. Digər klublarda olan futbolçularımızdan müdafiəçi Tural Nərimanov hərbi xidmətlə əlaqədar MOİK-dədir, “Simurq”a icarəyə verilən hücumçu Fərid Quliyev təlim-məşq toplanışına yollanacaq heyətimizə daxil etməmişik”.
Türkiyədəki təlim-məşq toplanışında planlar haqda danışan “Neftçi”nin çalışdırıcısı adəti üzrə fasilədən sonra ilk hazırlıq prosesində daha çox fiziki hazırlıq üzərində çalışacaqlarını söyləyib: “Həftənin əvvəlində bir araya gəldikdən sonra həm futbolçuları tibbi müayinədən keçirir, həm də məşqlərimizi edirik. Bu müayinələr futbolçuların fiziki durumu, hazırlığını müəyyənləşdirməyə imkan verir. Buna əsasən futbolçulardan test normativləri götürərək, onlara fərdi hazırlıq proqram verəcəyik. Türkiyədə səhər məşqlərimiz fiziki, axşamkı çalışmalarımız texniki, taktiki, toplu çalışmalar olacaq. Orada 1 yoxlama oyunu keçirmək planımız var ki, bu, iyunun 21-ə nəzərdə tutulub. Zaporojyenin “Metallurq” klubu ilə oynamaq variantı var. Ümumiyyətlə, yoxlama oyunları ilə bağlı danışıqlar tam bitəndən sonra rəqiblər dəqiqləşəcək. Biz yoxlama oyunlarına 2-ci toplanışda diqqət yetirəcəyik. Orada 3-4 oyun keçirəcəyik. Avstriya, Almaniya və İngiltərə təmsilçiləri ilə görüşmək variantları var”.
Əsədov əsas heyətdən kənarda qalan Elmar Baxşıyevin komandadan getmədiyini bildirib: “Elmarın da Türkiyəyə yollanması nəzərdə tutulub. Türkiyədəki hazırlığımız iyunun 22-də bitəcək və Bakıya qayıdandan sonra optimal heyətimiz müəyyənləşəcək. Bu heyətlə iyunun 26-dan iyulun 6-dək Avstriyada təlim-məşq toplanışında olacağıq. Bildiyiniz kimi, iyunun 20-də UEFA-nın keçirəcəyi püşkatmada Çempionlar Liqasında rəqibimizi biləcəyik. Əgər ilk oyunu səfərdə keçirsək, Avstriyadakı toplanışımızın vaxtını uzadaraq, ilk görüşü keçirəcəyimiz ölkəyə oradan yollanacağıq. Əks təqdirdə, yəni ilk oyunu evdə keçirsək, Bakıya tez qayıdacağıq. Milli komandadakı futbolçularımız iyunun 13-də Türkiyə gələrək, komandamıza orada qoşulacaqlar”.
Mehman SÜLEYMANOV

0
0