“Bakı” uduzanda, Şafer 1 yeşik pivə sifariş edirdi”
09.06.2011 - 09:44
“Bakı” uduzanda, Şafer 1 yeşik pivə sifariş edirdi”
“Bakı” klubunun sabiq baş məşqçisi Vinfred Şaferin Azərbaycandakı sərgüzəştləri ilə bağlı maraqlı məqam ortaya çıxıb. Apasport.az saytının məlumatına görə, Rumıniya mətbuatı bu ölkənin milli komandasını çalışdırmağa namizəd olan almaniyalı mütəxəssis haqda yazı hazırlayıblar.

Həmkarlarımız onun “Bakı”da işlədiyi dövrdəki bəzi xüsusiyyətlərini də üzə çıxarıblar: “Şafer özünə hörmət edən hər bir almaniyalı kimi, pivə pərəstişkarıdır. O, “Bakı”da baş məşqçi olduğu vaxt da bunu təsdiqləyib. Komandasının udub-uduzmasından asılı olmayaraq, hər matçdan sonra 1 yeşik pivə sifariş edirdi”.

Qeyd edək ki, Şafer 2010-cu ilin iyunundan dekabrına qədər “Bakı”nın baş məşqçisi olub.