Berti Foqts: AFFA rəhbərliyi ilə müqaviləni uzatmaq haqda danışacağam
09.06.2011 - 10:03
Azərbaycan yığmasının baş məşqçisi Berti Foqts AFFA ilə müqaviləsinin müddətini uzatmaq fikrindədir. Apasport.az saytının məlumatına görə, 65 yaşlı almaniyalı mütəxəssis onun istefasını istəyənlərin arzusunu ürəyində qoymaq niyyətindədir.
Foqtsun AFFA ilə hazırkı anlaşması cari seçmə mərhələnin sonunda, noyabrın 30-da başa çatır və onun ən azı bu müddətə kimi vəzifəsində qalmaq istəyi məlum idi. Ancaq təcrübəli çalışdırıcı bildirib ki, 2008-ci ilin aprelindən rəhbərlik etdiyi milli komanda ilə müqaviləsini uzatması mümkündür. Foqts bütün bu məsələlərlə bağlı yaxın günlərdə AFFA rəhbərliyi ilə görüşüb, məsələni aydınlaşdırmaq fikrindədir.
Ötən bazar Tofiq Bəhramov adına Respublika stadionunda keçirdiyi mətbuat konfransında hücuma məruz qalmasından sonra Foqtsun anlaşmasının yarımçıq dayandırılacağı haqda söz-söhbət gəzirdi. Hətta deyilənə görə, Foqts Almaniya ilə oyundan dərhal sonra istefa verib, elə həmyerliləri ilə birgə çarter reysilə vətəninə qayıdacaq.
Ancaq Foqts görüşdən sonra istefa verməyəcəyini bəyan etməklə, yaxşı əhval-ruhiyyədə olduğunu bildirdi. Onun sözlərinə görə, AFFA rəhbərliyi prinsipcə onunla əməkdaşlığı davam etdirməyi düşünür.

0
0