“Onun keçidi barədə artıq “Neftçi” ilə razılıq əldə etmişik”
09.06.2011 - 12:09
“Komandamızı əsasən cənubi amerikalılarla gücləndirəcəyik. Onların hansı mövqelərə alınması isə komandanı kimlərin tərk etməsindən asılıdır”. Apasport.az saytının məlumatına görə, bu sözləri Serbiyanın “Srvena Zvezda” klubunun idman direktoru Qoran Vasilyeviç deyib.
Klub rəsmisi Azərbaycan çempionu “Neftçi”nin düşərgəsində olan Saşa Stamenkoviçin keçidi ilə bağlı da danışıb: “Komandanı tərk edənlər arasında ən konkret məsələ Saşa Stamenkoviçlə bağlıdır. Biz onun keçidi barədə artıq “Neftçi” ilə razılıq əldə etmişik. İndi o, və meneceri şəxsi müqaviləni müzakirə etməlidir”.

0
0