Vaqif Cavadov üçün yeni şans
09.06.2011 - 13:00
Azərbaycan yığmasının futbolçusu Vaqif Cavadovun müqavilə ilə məxsus olduğu Hollandiyanın “Tvente” klubunun baş məşqçisi dəyişir. Apasport.az saytının məlumatına görə, ötən mövsüm komandanın “sükanı arxası”na keçən belçikalı mütəxəssis Mişel Pryudom yay fasiləsində postundan getmək fikrindədir.
“Tvente” ilə ötən mövsüm çempionatın gümüş medalını və ölkə kubokunu qazanan Pryudom Səudiyyə Ərəbistanın “Əl-Şabab” klubunun cəlbedici təklifini qəbul edəcək. Ərəblər Pryudoma görə Enshede təmsilçisinə 1,2 milyon avro təzminat verəcək.
“Tvente”yə 2010-cu ilin yanvarında keçən Cavadov isə baş məşqçi Stiv Maklarenin vaxtında debüt etmədi. Komandanı ötən il ölkə çempionu edən ingilis mütəxəssis mövsüm bitəndən sonra Almaniyanın “Volfsburq” klubunun baş məşqçi postuna keçdi. Bu zaman onu “Tvente”də əvəzləyən Pryudom Cavadova yoxlama oyunlarında şans versə də, rəsmi görüşlərdə xidmətində maraqlı olmadı. 22 yaşlı hücumçu bundan sonra özünə yeni komanda axtarmalı oldu və sonda “Bakı”ya 1 illiyə icarəyə verildi.
İcarəsi bitən Vaqif milli komandamızın oyunlarından sonra Hollandiyaya yollanıb, gələcək taleyinə aydınlıq gətirməlidir. Pryudomun gedişi onun “Tvente”yə qayıdışına imkan yarada bilər.

0
0