Ramiz Məmmədov: İlk qoldan sonra komandamız “sındı”
09.06.2011 - 13:11
Ramiz Məmmədov: İlk qoldan sonra komandamız “sındı”
“Mən son oyuna görə futbolçularıma minnətdarlıq etmək istərdim. 3 top fərqi ilə uduzmağımıza baxmayaraq, mübarizəni dayandırmayaraq, sona kimi oynadılar”. Apasport.az saytının məlumatına görə, bu fikirləri Qazaxıstanın “Atırau” klubunun baş məşqçisi Ramiz Məmmədov deyib.

Azərbaycanlı çalışdırıcı Premyer Liqanın hesabat turunda milli komandamızın Qazaxıstan yığmasına uduzduğu “Astana Arena”da “Astana” klubuna 2:3 hesabı ilə uduzdu.

Məmmədov yetirmələrinin göstərdiyi əzmkarlıqdan razı qalıb: “İlk qoladək bərabər oyun gedirdi. Rəqib qapımız qarşısına keçə bilmirdi. Ancaq ilk hücumda qapımıza birinci zərbə qolla nəticələndi. Bundan sonra komandamız “sındı”. Ancaq buna baxmayaraq futbolçular xarakter göstərə bildilər. 0:2-dən sonra hücumda nəsə göstərmək istədik. Təəssüf ki, 3-cü qolu buraxdıq. Xoş an odur ki, komandamız rəqibdən və meydançadan asılı olmayaraq, prinsipcə layiqli oynayır və təslim olmur”.

Qazax həmkarımız Məmmədovdan mövsümə parlaq başlayan futbolçu Sergey Şaffı hansı səbəbdən əsas heyətə daxil etməməyini soruşub: “Siz haqlısınız, Şaff mövsümə yaxşı başladı və onun oyunu çox xoşuma gəldi. Ancaq indi Konstantin Aleynikov oynayır. O, “Astana” ilə görüşdə hər 2 qolumuzu vurmaqla, bu mövqedə Şaffdan daha yaxşı təsir bağışladığını göstərdi”.