“İqor Ponomaryovun baş məşqçi olacağı təsdiqini tapmayıb”
09.06.2011 - 13:49
“Komandamızın gələcək planlarına 1 həftə ərzində aydınlıq gələcək”. Bunu apasport.az saytına açıqlamasında “Abşeron” klubunun baş məşqçisi Mirbağır İsayev deyib.
Ötən mövsüm komandanı I divizionun çempionu kimi Premyer Liqaya çıxaran 37 yaşlı çalışdırıcı müqaviləsi bitdiyindən, gələcək taleyinə aydınlıq gəlməlidir. İsayev bununla əlaqədar hələlik dəqiq bir şey söyləyə bilmir: “Hələlik klub prezidenti ilə görüşməmişəm. Hər şey danışıqların nəticəsindən asılıdır. Təkcə öz istəyim hər şeyi həll etmir. Əlbəttə, mən də yaratdığım komandada işləyib, fəaliyyətimi davam etdirmək istəyirəm”.
Komandanın Premyer Liqada kimin rəhbərliyi altında çıxış edəcəyi müzakirələrə səbəb olub. Belə ki, “Abşeron”un “sükanı arxası”na yığmamızın sabiq çalışdırıcısı İqor Ponomaryovun gətiriləcəyi haqda məlumatlar dolaşır. İsayev isə gözləməyi məsləhət bilir: “Göründüyü kimi, Ponomaryovun baş məşqçi olacağı hazırda təsdiqini tapmayıb. Mənim rəhbərliklə görüşüm olmayıb. Bundan sonra hər bir sualınızı cavablandırmağa borcluyam. Hələlik komandamızın baş məşqçisinin kim olacağını deyə bilmərəm. Mən postumda qalmasam belə, “Abşeron”a uğurlar arzulayacağam”.
Mehman SÜLEYMANOV

0
0