AZAL rəqib axtarışında
09.06.2011 - 14:14
Ölkəmizi Avroliqada təmsil edəcək AZAL klubu yeni mövsüm üçün hazırlığa start verib. Apasport.az-ın klubun rəsmi saytına istinadən məlumatına görə, iyunun 5-də Bakıda bir araya gələn komandanın üzvləri 3 günlük tibbi müayinədən və normativlərdən sonra bu gündən təlim-məşq toplanışına cəlb olunub.
“Airport” oteldə məskunlaşan komanda gündə 2 dəfə məşqə çıxır. Səhər saatlarında Mərdəkanda dəniz qırağında fiziki hazırlıq keçən futbolçular axşam Şüvəlandakı stadionda məşq edir.
AZAL iyun ayının 15-dək bu qrafiklə hazırlaşacaq. Toplanış müddətində komandanın iki yoxlama oyununda qüvvəsini sınayacağı da gözlənilir. Rəqiblərin kimliyi hələ məlum olmasa da, matçlardan birinin ayın 12-də baş tutacağı dəqiqdir.

0
0