“Real” “Beşiktaş”a yoldaşlıq görüşü təklif etdi
09.06.2011 - 14:39
“Real” “Beşiktaş”a yoldaşlıq görüşü təklif etdi
Madrid “Real”ı növbəti mövsümün açılışını “Beşiktaş”la oyun keçirməklə açmaq fikrindədir. Apasport.az saytının məlumatına görə, 515 milyon avroluq heyəti olan “Kral klubu” mövsümün açılış oyununda “Qara Qartallar”la yoldaşlıq görüşü keçirməklə bağlı təklif göndərib.

Bu matç “Real”ın prezidenti Florentino Peres və baş məşqçisi Joze Mourinyonun xüsusi istəyi ilə gerçəkləşəcək. Bununla, Mourinyo türklərlə olan sevgisini bir daha nümayiş etdirib.

Təklifi qəbul edən İstanbul klubu futbol ziyafətində iştirak etmək üçün təlim-məşq toplanışından sonra İspaniyaya yollanacaq. “Beşiktaş”ın heyətində Mourinyonun yaxşı tanıdığı həmyerliləri - Rikardo Kuaresma, Simao Sambroza, Uqo Almeyda kimi futbolçular varsa, “Real”da 3 türk futbolçu –Məsut Özil, yeni transferlər Nuri Şahinlə Həmit Altıntop yer alıb.