Əfsanəvi məşqçi Berti Foqtsun işinə qiymət verdi
09.06.2011 - 14:50
“Yığmamızın əvvəlki kimi inamlı çıxış edə bilməməyi səbəbsiz deyil. Çünki hazırda bütün komandalar yaxşı futbol nümayiş etdirir. Elə Azərbaycan yığması da belə komandalardandır”. Apasport.az saytının məlumatına görə, bu sözləri əfsanəvi məşqçi Karel Brükner deyib.
Uzun illər Çexiya yığmasının baş məşqçisi olmuş mütəxəssis dünya futbolundakı qüvvələr nisbətinin minimuma enməsini Berti Foqtsun çalışdırdığı Azərbaycan milli komandasının nümunəsində göstərib: “Bu yaxınlarda onların oyununu izlədiyim zaman buna şahid oldum. Artıq qarşınızda fərqli komanda var. Fərdi keyfiyyətlər, özünəinam hissi, üstəlik, rəqibi udmaq istəyi. Artıq bu tip komandalar oturub, rəqibin səhv edəcəyi anı gözləmir. Özləri də qələbə qazanmaq üçün çalışırlar”.
Qeyd edək ki, Brükner 2001-08-ci illərdə Çexiya yığmasını çalışdırıb.

0
0