Elmar Baxşıyev: Oynamaq istəyirəm
09.06.2011 - 15:12
“Heç yerə getməmişəm. Komandanın tərk etməyimlə bağlı yayılan xəbərlər yalandır”. Bu sözləri apasport.az saytına açıqlamasında “Neftçi” klubunun futbolçusu Elmar Baxşıyev deyib.
Vaxtilə milli komandamızın da üzvü olan 31 yaşlı yarımmüdafiəçi klubunu dəyişməsi ilə bağlı xəbərlərin düzgün olmadığını bildirib: “Neftçi” ilə hələ 1 illik müqaviləm var. Müqaviləm olduğu halda, necə gedə bilərəm? Komandanın hazırlığına qatılmışam. Sabah Türkiyəyə təlim-məşq toplanışına yollanırıq. “Qarabağ”a keçidimlə bağlı danışıqlar olmayıb”.
2008-ci ildən “Neftçi”nin şərəfini qoruyan Elmar cari mövsümdə daha çox ehtiyatda qaldı. Ancaq bununla belə, təcrübəli futbolçuya güvənən baş məşqçi Arif Əsədov onu Türkiyədəki təlim-məşq toplanışına aparacaq.
O, bundan sonra dəyişiklik edilərək, Avstriyaya təlim-məşq toplanışına optimal heyətlə yollanmasının mümkünlüyünü saytımıza açıqlamasında bildirib. Baxşıyev baş məşqçisinin etimadının qazanacağına ümidini itirmir: “Heyəti müəyyənləşdirmək baş məşqçiyə aid məsələdir. Əlbəttə, oynamaq istəyirəm. Ehtiyatda qalmaq futbolçuya mənfi təsir edir. Ümid edirəm ki, yenidən əsas heyətdə yer alacağam. Bunun üçün Türkiyədəki təlim-məşq toplanışında özümü yaxşı tərəfdən göstərmək üçün əlimdən gələni edəcəyəm. Futbolçunun işi yaxşı hazırlaşıb, özünü sübut etməkdir”.

0
0