TFF “Çelsi”dən şikayət edəcək
09.06.2011 - 15:43
Türkiyə Futbol Federasiyası (TFF) “Çelsi” ilə bağlı FİFA-ya şikayət edəcək. Apasport.az saytının məlumatına görə, TFF rəhbərliyi milli komandanın baş məşqçisi Qus Hiddinkin ələ keçirməklə bağlı londonluların hərəkətlərindən narazıdır.
Klubun sahib olan rusiyalı milyarder Roman Abramoviç hollandiyalı mütəxəssis qaytarmaq üçün xərcə düşüb, təzminat ödəməyə də hazırdır. Hiddinki isə iki işi birgə icarə etmək variantını nəzərdən keçirmir, Türkiyə yığması da öz növbəsində onu London klubuna buraxmağa qəti etiraz edir.
TFF prezidenti Mahmut Özgənər məsələ ilə bağlı rəsmi açıqlama verib: “Biz FİFA-ya müraciət etmək niyyətindəyik. Baş məşqçimizin təqibi təkrarlanarsa, bunu edəcəyik. Artıq buna səbəb var. Bu, “Çelsi”nin digər klublarla müqavilələri olan futbolçularla danışıqlar apardığı zamanı olub. Türkiyəyə gəlib, sonradan elə-belə onu tərk etmək olmaz”.
Qeyd edək ki, Türkiyə yığması cari seçmə mərhələdə son oyununu oktyabrın 11-də evdə milli komandamızla keçirəcək. Hiddink “ay-ulduzlular”ın sükanı arxasında ötən Bakıda yığmamıza 0:1 hesabı ilə uduzandan sonra gedişi daha çox müzakirələrə səbəb olub.

0
0