Azərbaycan yığmasından bədbəxt hadisə
09.06.2011 - 20:12
Çexiya mətbuatı Martin Feninin uzun müddətdən sonra yenidən milli komandaya qayıtmasına biganə qalmayıb. Apasport.az saytının məlumatına görə, çexlər hücumçunu son “Bədbəxt hadisə”nin səbəbkarlarından biri kimi hələ bağışlamayıb.
Həmkarlarımız onun qayıdışında məhz həmin hadisəni, yığmamıza məğlubiyyəti xatırlayıb: “Fenin təxminən 2 il idi yığmaya çağırılmırdı. O, sonuncu dəfə Azərbaycanla Birləşmiş ərəb Əmirliklərində keçirilən turnirdəki matçda meydana çıxmışdı. Həmin qarşılaşma da bədbəxt hadisə ilə əlamətdar olmuşdu”.
Qeyd edək ki, BƏƏ-dəki beynəlxalq turnirin 3-cü yer uğrunda oyununda millimiz Çexiyanı 2:0 hesabı ilə məğlub etmişdi.

0
0