“Neftçi” variantı haqda bir şey deyə bilmərəm”
09.06.2011 - 17:17
Belarus milli komandasının qapıçısı Sergey Veremkonun apasport.az saytına eksklüziv müsahibəsi
- Bildiyimizə görə, son klubunuz olan “Sevastopol” Ukrayna Premyer Liqasında yerini itirdiyi üçün bu komandada qalmayacaqsınız...
- Elədir. I divizionda oynamaq istəmədiyimdən, “Sevastopol”dan ayrıldım.
- Bu mənada karyeranızı Azərbaycanda davam etdirməyiniz mümkündürmü?
- Açığı, hələlik bu suala cavab vermək istəmirəm.
- Qapıçı axtarışında olan “Neftçi”nin sizinlə maraqlandığı deyilir...
- Bu haqda mən də internetdən oxumuşam. İndi dəqiq bir şey deyə bilmərəm.
- Ümumiyyətlə, “Neftçi”dən təklif almısınız?
- Mənimlə konkret heç kim danışıq aparmayıb.
- Adətən bu işləri menecerlər həyata keçirirlər. Onlar “Neftçi” variantı haqda sizə nəsə deyiblərmi?
- “Neftçi” variantı haqda konkret bir şey deyə bilmərəm.
- Əgər son çempionumuza keçid real olarsa, qəbul edərsiniz?
- Təklif olsa, bu haqda fikirləşərəm.
- Ümumiyyətlə, karyeranızı harada davam etdirmək istərdiniz?
- Bunu dəqiqləşdirməmişəm. Rusiya və Ukraynada variantlar var.
- Azərbaycan futbolu haqda hansı məlumatınız var?
- Təəssüratlarım yaxşıdır. Futbolunuza diqqət göstərilir, inkişaf yolunda olduğunu bilirəm. Vladimir Makovski dostumdur. Səhv etmirsəmsə, əvvəllər “İnter”də oynayıb.
- Doğrudur. Əkiz qardaşı Mixaillə birgə 2004-06-cı illərdə Bakının “İnter” klubunda çıxış edib.
- Onunla futbolunuzdakı vəziyyət haqda söhbətim olub. Vladimir müsbət fikirdə olduğunu bildirib.
- Çempionatımızı izləyirsiniz?
- Bəli. İnternetdən bütün çempionatları, o cümlədən, Azərbaycanı diqqətlə izləyirəm. Bilirəm ki, “Neftçi” ölkənizin ən köklü klubu, son çempiondur. Komandanız Azərbaycanın Çempionlar Liqasında təmsilçisi olacaq.
- Yəqin ki, Avropanın belə mötəbər turnirində oynamaq milli komandanın üzvü üçün nüfuzludur...
- Bəli, sizinlə razıyam. Çempionlar Liqası Avropanın ən nüfuzlu turniridir. Belə yarışda oynamaq milli komandanın futbolçusu üçün müsbət amildir.
- Bu amil “Neftçi”yə keçmək üçün sizi stimullaşdıra bilərmi?
- “Neftçi”nin Çempionlar Liqasının iştirakçısı olması yaxşı haldır. Bu, komanda üçün böyük üstünlükdür. Hər bir futbolçu Çempionlar Liqasında oynamaq istər.
- Bəlkə milli komandanın üzvü olduğunuzdan, özünüzü Azərbaycan klubları üçün bahalı futbolçu sayırsınız?
- Mən bahalı futbolçu nə demək olduğunu bilmirəm. Ona görə də bu suala cavab vermək istəmirəm. Hər futbolçunun öz qiyməti var.
- Hər halda, Belarus millisinin qapıçısı karyerasını Azərbaycanda davam etdirməsinə etiraz etməzdi...
- Bəli, elədir.
- Millinizin Fransa ilə rəsmi görüşü 1:1 hesabı ilə nəticələndi və siz komandanızın 1 xal qazanmasında böyük rol oynadınız. Ancaq bundan 4 gün sonra Minskdə Lüksemburqa 2:0 hesabı ilə qalib gəldiyiniz matçda ehtiyatda qaldınız, qapıda Yuri Jevnov yer aldı. Bu, nə ilə bağlı idi?
- Bu, baş məşqçiyə aid məsələdir. O, belə seçim edib və bunu mənə başa saldı. Ancaq bu, mətbuat üçün deyil. Baş məşqçinin seçimini başa düşdüm.
- Yeri gəlmişkən, həmin oyunu azərbaycanlı FİFA hakimi Anar Salmanov idarə edirdi. Onun idarəçiliyinə kənardan necə qiymət verərdiniz?
- Pis hakim deyil. Hesab edirəm ki, yaxşı idarəçilik etdi. İlk qolu penalti zərbəsindən vurduq. Baş hakim əllə oyuna görə rəqib qapısına 11 metrlik cərimə zərbəsi təyin etdi.
- Necə hesab edirsiniz, milli komandanız cari seçmə mərhələdə Avropa çempionatına düşə, heç olmazsa, pley-off iştirakçısı ola biləcəkmi?
- Qrupumuzda 1-ci yeri tutmaq çətin olacaq. Çünki zirvədə Fransa kimi güclü yığma gedir. Ancaq 2-ci yeri tutmaq üçün şansımız çox yaxşıdır. Belə gözəl şans hər dəfə ələ düşmür və bundan istifadə etməliyik. Bunun üçün sonrakı oyunlarda xal ehtiyatımızı maksimum artırmağa çalışmalıyıq.
Mehman SÜLEYMANOV

0
0