Georgi Hacı Vinfred Şaferdən üstün tutuldu
09.06.2011 - 17:59
Rumıniya milli komandasının yeni baş məşqçisinin adı müəyyənləşib. Apasport.az saytının məlumatına görə, Rumıniya futbolunun əfsanələrindən olan Georgi Hacı 2-ci dəfə millisinin sükanı arxasına keçib. Hələ 2001-ci ildə, futbolçu karyerasını yeni bitirdikdən sonra Rumıniya yığmasında çalışdırmış 46 yaşlı mütəxəssis 2-ci dəfə bu posta gətirildi. “Karpat Maradonası” ləqəbi ilə tanınan keçmiş futbolçu Rumıniya Futbol Federasiyasının prezidenti Mirça Sandunun təklifini qəbul edib. Sandu təyinatla bağlı qısa açıqlamasında Hacının yeni bir heyətlə yeni bir başlanğıc edəcəyini söyləyib.
Qeyd edək ki, Mirça Luçeskunun oğlu Razvanın gedişindən sonra Rumıniya yığmasında baş məşqçi postu boş idi. Həmin vakant yerə “Bakı” klubunun almaniyalı sabiq çalışdırıcısı Vinfred Şafer də namizəd olsa da, sonda yerli mütəxəssisə üstünlük verildi. Hacının son iş yeri futbolçu karyerasında ən uğurlu vaxtını keçirdiyi, 2000-ci ildə heyətində qalibi olduğu “Qalatasaray” idi. Onun “Cim Bom”un baş məşqçi postuna 2-ci gəlişi də uğursuz oldu və bu ilin martında istefaya göndərildi.

0
0