“Neftçi” ilk transferini reallaşdırdı
10.06.2011 - 08:46
Azərbaycanı Çempionlar Liqasında təmsil edəcək Bakının “Neftçi” klubu mövsümlərası fasilədə ilk transferini reallaşdırıb. Apasport.az saytının məlumatına görə, qapıçı axtarışında olan paytaxt təmsilçisi Belqradın “Srvena Zvezda” klubundan dəvət etdiyi Saşa Stamenkoviçin keçidini rəsmiləşdirib. Tərəflər arasında müqavilə ilə bağlı danışıqlar müsbət nəticələnib. 1,94 metr boya malik 26 yaşlı serb qapıçı ilə daha 1 il uzadılması mümkün olması şərti ilə 2 illik müqavilə imzalanıb. Stamenkoviç bu gün Türkiyəyə təlim-məşq toplanışına yollanan “Neftçi”nin hazırlığında iştirak edəcək.
Qeyd edək ki, Saşa cari ildə “Srvena Zvezda”dan ölkəmizə gələn 2-ci qapıçı oldu. Bundan öncə qış fasiləsində “Qarabağ” Boyan Pavloviçi transfer etmişdi.
Qeyd edək ki, Saşa cari ildə “Srvena Zvezda”dan ölkəmizə gələn 2-ci qapıçı oldu. Bundan öncə qış fasiləsində “Qarabağ” Boyan Pavloviçi transfer etmişdi.
0
0