Yığmamızın sabiq baş məşqçisi Bakıya buraxılmır
10.06.2011 - 09:27
Bakıda keçiriləcək “Caspian Cup” beynəlxalq turnirində iştirak edəcək 17 yaşadək futbolçulardan ibarət Qazaxıstan milli komandası ölkəmizə baş məşqçisiz gələcək. Apasport.az saytının məlumatına görə, qazaxları çalışdıran almaniyalı Oliver Pelzer komandanın “sükanı arxasında” olmayacaq. Azərbaycan milli komandasının sabiq baş məşqçisinin Bakıya hansı səbəbdən gəlməməyi sağlamlığındakı problemlə izah olunur. Lakin yarışda Pelzeri kimin əvəzləyəcəyi məlumdur. Belə ki, “Caspian Cup”da baş məşqçi vəzifələrini Nikolay Stoyakin icra edəcək.
0
0