Azərbaycanda oynayacaq qazax futbolçular müəyyənləşdi
10.06.2011 - 09:36
Azərbaycanda oynayacaq qazax futbolçular müəyyənləşdi
Bakıda keçiriləcək “Caspian Cup”da çıxış edəcək Qazaxıstan milli komandasının heyəti açıqlanıb. Apasport.az saytının məlumatına görə, baş məşqçi vəzifələrini icra edən Nikolay Stoyakin ölkəmizə 18 futbolçu ilə gələcək. Sabah start götürəcək turnirdə Qazaxıstan b qrupunda mübarizə aparacaq. Onlar qrupda Gürcüstan, İspaniya və Tacikistanla qarşılaşacaq.

Qapıçı: Vladislav Frolov (Okjetpes), Mixail Qolubniçiy (İrtış);
Müdafiəçilər: Qasım Şaymurat (MOİK), Madiyar Nuralı, Adilet Kudayberqen (hər ikisi “Taraz”), Joşixan Kanatov (Kayrat), Dmitri Moiseyev (Şaxtyor), Qasımcan Tayipov (Sesna);

Yarımmüdafiəçilər: Vladimir Vomenko, Matvey Matviyenko (hər ikisi “İrtış”), Oleq Lebedev (Okjetpes), İvan Antipov (Akjayık), Anuar Yaqippar (Sesna), Rafael Əliyev (İrtış);

Hücumçular: Əlişir Suley (Taraz), Boris Donçenko (Sesna), Vladislav Morozov (Vostok), Abat Aymbetov (Aktobe)