“Neftçi”nin sabiq futbolçusu “Zenit”in baş məşqçisi olacaq
10.06.2011 - 10:07
“Neftçi” klubunun sabiq futbolçusu Aleksandr İvçenko “Zenit”in baş məşqçisi olacaq. Apasport.az saytının məlumatına görə, 59 yaşlı rusiyalı mütəxəssis II divizionda çıxış edən İjevsk təmsilçisini çalışdıracaq.
Udmurtiya paytaxtını təmsil edən “Zenit” uğursuz startdan – ölkə kubokunda mübarizədən kənarlaşdıqdan və 8 oyuna 2 xal toplayandan sonra baş məşqçisi Sergey Boykonu istefaya göndərib. Komandanı iyunun 12-də “Nosta” ilə oyuna 2-ci məşqçi Taras Trizna hazırlayacaq və İvçenko bundan sonra işinə başlayacaq.
Qeyd edək ki, Omsk şəhərindən olan İvçenkonun futbolçu karyerası qısa müddətli olub. Yalnız “Neftçi”nin əsas komandasında oynayan rusiyalı 1969-cu ildə 3 görüş keçirdikdən sonra karyerasını bitirib.
İvçenko Bədən Tərbiyəsi və İdmanın inkişafında xidmətlərinə görə döş nişanı ilə təltif olunub. O, məşqçilikdə ən yüksək dərəcə olan “Pro”ya malik olduğundan, Premyer Liqa klubunu çalışdıra bilər.

0
0