Toni Adams: “Qəbələ” klubunu atıb, “Arsenal”a qayıtmaram
10.06.2011 - 10:16
“Qəbələ”nin baş məşqçisi Toni Adams İngiltərə klublarından aldığı təkliflərlə bağlı mövqeyini açıqlayıb. Apasport.az saytının məlumatına görə, 45 yaşlı ingilis əfsanə Azərbaycandan ayrılıb, vətənə qayıtmaq istəmədiyini bildirib.
Adams həmin variantlara “yox”deyib, “Qəbələ”dəki işini davam etdirmək niyyətindədir: “Niyə o klublara mən getməliyəm? İngiltərədə bir məşqçinin eyni komandada çalışması orta hesabla 1 il 3 ay təşkil edir. Gənc məşqçilərə inkişaf üçün imkan verilmir. Hətta “Arsenal”a Arsen Vengerin köməkçisi kimi də qayıtmaram. Çünki orada məşqçi kimi inkişaf etməyim üçün istədiyim imkan olmayacaq”.

0
0