“Neftçi”də oynamaq mənim üçün şərəfdir” - FOTO
10.06.2011 - 10:40
“Bilirəm ki, "Neftçi" Azərbaycanın ən köklü klubudur. Belə bir komandada oynamaq mənim üçün böyük şərəfdir”. Apasport.az saytının məlumatına görə, bu fikirləri “Neftçi”nin yeni transferi Saşa Stamenkoviç deyib.
Azərbaycanı Çempionlar Liqasında təmsil edəcək komandamızın mövsümlərarası fasilədə ilk transferi “Srvena Zvezda”nın ucaboylu qapıçısı oldu. Stamenkoviç Avropanın ən nüfuzlu turnirində “Neftçi”yə kömək etmək istəyir: “Yeni komandamın uğurları üçün çalışacağam. Var qüvvəmlə çalışıb, "Neftçi”nin Çempionlar Liqasında və Azərbaycan çempionatında uğur qazanmasına yardım edəcəyəm".

0
0