Sadıq Sadıqov: Yalnız səviyyəli legionerlərin transferinə çalışırıq
10.06.2011 - 10:45
Sadıq Sadıqov: Yalnız səviyyəli legionerlərin transferinə çalışırıq
“Məqsədimiz Azərbaycan futbolunun inkişafına töhfə verməkdir. Buna görə də "Neftçi"yə yalnız səviyyəli legionerlər cəlb etməyə çalışırıq”. Apasport.az saytının məlumatına görə, bu fikirləri “Neftçi”nin prezidenti Sadıq Sadıqov deyib.

Mövsümlərarası fasilədə ilk transferi olan “Srvena Zvezda”nin qapıçısı Saşa Stamenkoviç “2+1” illik şərti ilə müqavilə imzalanmasında iştirak edən Sadıqov 26 yaşlı serbiyalıya uğurlar arzulayıb: “Saşa Stamenkoviç Serbiyanın ən güclü klublarından olan "Srvena Zvezda"nın şərəfini qoruyub. Onun Çempionlar Liqasında "Neftçi"nin uğurlu nəticə göstərməsinə kömək edəcəyinə və ümidlərimizi doğruldacağına inanırıq".

Qeyd edək ki, Sadıqov yeni transferə 55 nömrəli futbolkanı təqdim edib.