“Levski”nin hücumçusu AZAL-da peyda ola bilər
10.06.2011 - 11:21
Sofiyanın “Levski” klubunun hücumçusu Daniel Mladenov karyerasını Azərbaycanda davam etdirə bilər. Apasport.az saytının Bolqarıstan mətbuatına istinadən məlumatına görə, futbolçu ölkəmizi Avroliqada təmsil edəcək AZAL klubunun maraq dairəsinə düşüb.
“Levski”nin baş məşqçisi Georgi İvanov Mladenovu növbəti mövsümdə planlarına daxil etmədiyindən klub onunla yollarını ayırmağa hazırdır. Bunun 100 min avro qarşılığında ediləcəyi deyilir. Ancaq transfer məbləğinin 200 min avroya qədər yüksələcəyi də istisna edilmir. Hələ ki, Daniellə bağlı konkret müraciət edən olmayıb.
Futbolçunun meneceri Milko Banski isə Azərbaycanla yaxşı əlaqələrə malik olduğundan müştərisini 1 neçə komandamıza tövsiyə edəcəyi bildirilir. Bu mənada sərəncamında artıq bolqar futbolçu AZAL transferdə maraqlı ola bilər. “Təyyarəçilər” ötən qış fasiləsində “Levski”nin digər hücumçusu Enio Krastovçevi transfer edib.
Qeyd edək ki, AZAL mövsüm bitəndən sonra litvalı hücumçusu Qvidas Yuşka ilə yollarını ayırdığından ön xətin güclənməsinə ehtiyac duyurdu.

0
0