“Çelsi”nin sabiq futbolçusu Azərbaycandan təklif alıb
10.06.2011 - 11:26
“Çelsi”nin sabiq futbolçusu Azərbaycandan təklif alıb
Şotlandiyanın “Harts” klubunun futbolçusu Rayan Stevenson karyerasını Azərbaycanda davam etdirə bilər. Apasport.az saytının məlumatına görə, 27 yaşlı yarımmüdafiəçi ölkəmizə gəlmək perspektivi üzərində fikirləşir.

“Azərbaycan və Qazaxıstandan təkliflər almışam. Həmin ölkələrin o qədər də tanınmayan klublarında oynamağın fərqi yoxdur. Əsas odur ki, həmin klub ən azı Avropa Liqasında oynamaq iddiasında olsun. Çünki belə yarışa çıxmaqla, böyük Avropa təcrübəsi qazanmış olursan” – deyə, Dtevenson bildirib.

Qeyd edək ki, Şotlandiyanın İrvayn şəhərində dünya göz açan Rayan məşhur “Çelsi” klubunun yeniyetmə komandasında oynamağa başlayıb. Sonradan Şotlandiyada “Sent Conston” və “Eyr Yunayted”də oynamış yarımmüdafiəçi ötən ildən “Xarts”da çıxış edir.