Yığmamızın oyunçuları Braziliya millisini gətirir
10.06.2011 - 12:47
Azərbaycan millisinin futzalçıları Serjao və Biro Jadenin əməyi sayəsində Ukrayna çempionu olan “Uraqan” klubunun yeni mövsümlə bağlı planları açıqlanıb. Apasport.az saytının məlumatına görə, milliləşən braziliyalı oyunçularımızla qazanılan uğur İvano-Frankovsk təmsilçisinin iddialarını artırıb.
Artıq UEFA kubokunda yaxşı çıxış etməklə yanaşı, ukraynalılar yeni idman sarayı da inşa etdirməyə qərar veriblər. Bu arenanın açılışına isə dünyanın 2 ən güclü yığmasından biri – ya Braziliya, ya da İspaniya milli komandası dəvət olunacaq. Bunu isə çempiona Ukrayna Mini Futbol Federasiyasının rəhbərliyi söz verib.

0
0