5 futbolçu dopinqdə “ilişdi”
10.06.2011 - 13:05
Meksika millisi arzuolunmaz hadisə ilə qarşılaşıb. Apasport.az saytının məlumatına görə, bu yığmanın 5 futbolçusu dopinqdə “ilişib”.
Belə ki, dopinq testi müsbət nəticə verən oyunçular - Gilyermo Oçoa, Edqar Duenas, Fransisko Rodriqes, Kristian Bermudes və Antonio Nelson artıq milli komandanın heyətindən xaric ediliblər.
Hadisə Meksika Futbol Federasiyasının rəhbərliyini sarsıdıb. Məsələyə münasibət bildirən qurumun baş katibi Desio de Mariya bildirib ki, onların qanında aşkar olunan maddə qida vasitəsi ilə orqanizmlərinə keçib: “Fikrimcə, qadağan edilən klenbuterol maddəsi qidalanma nəticəsində baş verib. Bu, toyuqdan və ya ət məhsullarından yaranan problemdir. Təbii ki, belə hal bizi çox sarsıdıcıdır. Lakin biz sərt qərar qəbul etmək məsuliyyətini öz üzərimizə götürürük. Artıq araşdırmalara başlayırıq”.

0
0