Millimizin bütün görüşləri canlı yayımda
10.06.2011 - 12:56
Millimizin bütün görüşləri canlı yayımda
Sabah Bakıda startı veriləcək “Caspian Cup” beynəlxalq turnirinin ilk oyun gününə hakim təyinatları açıqlanıb. Apasport.az saytının məlumatına görə, turnirə təyinat alan gənc hakimlərdən olan Rəhim Həsənov 17 yaşlılardan ibarət yığmamızı (U-17) qırğız həmyaşıdları ilə görüşünə ədalət təmsilçisi olacaq.

Yeri gəlmişkən, yığmamızın turnirdəki bütün oyunları “İdman Azərbaycan” telekanalında canlı yayımlanacaq. Azərbaycan – Qırğızıstan görüşünün fasiləsində həmin kanalda Azərbaycan futbolunun 100 illik yubileyinə həsr olunmuş film nümayiş etdiriləcək.

Qeyd edək ki, U-17-mizin qrupda növbəti oyunları iyunun 12-də Özbəkistan, 14-də Türkiyə ilə olacaq və hər 2 görüş 17:00-da başlayacaq.

11 iyun

10:00. Gürcüstan – Qazaxıstan
Hakimlər: Rauf Cabbarov, Coşqun Həsənov, Rahil Ramazanov Rahil, Ramil Əhmədov
Şağan Olimpiya İdman Kompleksinin stadionu

10:00. İspaniya – Tacikistan
Hakimlər:
Fuad Həsənov, Mübariz Haşımov, Yaşar Abbasov, Orxan Məmmədov
“Dalğa Arena”

17:00. Azərbaycan – Qırğızıstan
Hakimlər:
Rəhim Həsənov, Zeynal Zeynalov, Namiq Hüseynov, İnqilab Məmmədov
“Dalğa Arena”

19:30. Türkiyə – Özbəkistan
Hakimlər:
Ramil Diniyev, Rza Məmmədov, Vaqif Musayev, Elvin Əsgərov