Milli komandamızın sabiq baş məşqçisi yoxa çıxıb - FOTO
10.06.2011 - 14:02
Azərbaycanın 17 yaşlılardan ibarət yığma komandasının (U-17) baş məşqçisi Oliver Pelzer yoxa çıxıb. Apasport.az saytının məlumatına görə, bu ildən Qazaxıstanın U-17-i çalışdıran almaniyalı mütəxəssisin harada olduğunu həmin ölkədəki həmkarlarımız dəqiqləşdirə bilmirlər.
Məsələ ondadır ki, Pelzer bu gün səhər reysi ilə Astanadan Bakıya gəlməli idi. Bu da paytaxtımızda təşkil olunan “Caspian Cup”da qazaxların da iştirakı ilə bağlıdır. Ancaq Pelzer ona tanış olan ölkəyə yollanan nümayəndə heyətində yer almayıb.
Bununla bağlı araşdırma aparan qazax həmkarlarımızda belə informasiya var ki, almaniyalıya şəxsi müqavilə ilə bağlı verilən sözə əməl olunmadığı üçün Pelzer işini davam etdirməkdən vaz keçib. Bunun nə dərəcədə həqiqətəuyğun olduğuna əmin olmaq üçün Qazaxıstan Futbol Federasiyasının (QFF) rəsmiləri ilə əlaqə saxlanılıb.
Ən maraqlısı da bu zaman ortaya çıxıb. Belə ki, QFF-nin İctimaiyyətlə Əlaqələr Departamentinin rəisi İzmail Bzarov cavabında almaniyalı çalışdırıcının komanda ilə turnirə yollandığını bildirib. Həmin sualla bağlı QFF-nin vitse-prezidenti, bilavasitə bütün yığmalara cavabdeh olan Sergey Kapkovla əlaqə saxlayan qazax jurnalistlər başqa cavab alıb. Onun sözlərinə görə, Pelzer xəstələnib və Bakıya getməyib: “Maraqlı vəziyyət alınıb. Bir təşkilatın iki işçisi eyni suala fərqli cavab verirlər. Elə isə Oliver hardadır? Qaçıb? Bakıya yollanıb? Yaxud xəstələnib?”
Qeyd edək ki, Qazaxıstan Pelzerin rəhbərliyi altında keçirdiyi 5 oyunda 2 dəfə heç-heçə edib, 3 dəfə uduzub (topların fərqi 9-12). Onlar bu məğlubiyyətlərini birini martda Astanada “Prezident Kuboku” turnirində yığmamızdan alıb.

0
0