Elxan Məmmədov İsveç Futbol Federasiyasının prezidenti ilə görüşüb
10.06.2011 - 14:07
Elxan Məmmədov İsveç Futbol Federasiyasının prezidenti  ilə görüşüb
AFFA-nın baş katibi Elxan Məmmədov ölkəmizdə səfərdə olan İsveç Futbol Federasiyasının prezidenti Lars-Ake Laqrellə görüşüb. Apasport.az saytının məlumatına görə, baş katib qonağı ölkə futbol ictimaiyyəti adından səmimi salamlayıb.

Laqrel isə öz növbəsində ölkəmizə səfərindən böyük məmnunluq hissi keçirdiyini deyib, Azərbaycan futbolunun 100 illik yubileyi münasibətilə futbol ictimaiyyətini təbrik edib. Aparılan söhbətlərdə hər iki ölkədə futbolun inkişafı ilə bağlı məsələlər müzakirə olunub, AFFA və İsveç Futbol Federasiyası arasında qarşılıqlı münasibətlərin daha da gücləndirilməsinin əhəmiyyəti vurğulanıb.