“Neftçi”yə yeni ad qoydular
10.06.2011 - 15:21
“Neftçi” klubunun serbiyalı Saşa Stamenkoviçi transfer etməsi, bu ölkənin mətbuatında da öz əksini tapıb. Apasport.az saytının məlumatına görə, “Srvena Zvezda”nın sabiq qapıçısının Azərbaycana üz tutmasından sonra həmkarlarımız onun yeni klubunu Serbiyada tanıtmağa çalışıb.
Serbiya mətbuatı “Neftçi”ni xarakterizə etmək üçün çox orijinal yol seçiblər: “Srtamenkoviç Azərbaycan “Partizan”ına keçib. O, Bakının “Neftçi” klubuna transfer olunub. Saşa 2 il Azərbaycan təmsilçisində oynayacaq. Bu komanda lap bizim “Partizan”a bənzəyir. Öz ölkələrinin çempionu olan bu 2 komanda nəinki eyni – ağ-qara rənglərə bağlıdır, hətta onların son mövsümdə geydiyi formaları demək olar ki, bir-birinin bənzəridir”.
Serbiyalılar Stamenkoviçin “Srvena Zvezda”dan ayrılmasını əfsanəvi futbolçu Robert Prosineçki ilə bağlayırlar: “Prosineçki gələndən sonra Stamenkoviç gününü ehtiyat oyunçular skamyasında keçirirdi. Son 2 ildə komandanın əsas qapıçısı olan Saşa bununla barışa bilməzdi. Elə ona görə də klubunu dəyişməli oldu”.
Qeyd edək ki, Saşa “Srvena Zvezda”da son oyununu martın 1-də “Hayduk” üzərində qələbə (3:1) zamanı keçirib. Bundan sonrakı 5 oyunda isə ona meydanda yer tapılmayıb.

0
0