Noyer və 60 matros
10.06.2011 - 15:49
Noyer və 60 matros
Almaniyanın yığmasının qapıçısı Manuel Noyer özünəməxsus ziyafət keçirib. Apasport.az saytının məlumatına görə, Azərbaycandan qayıdandan sonra “Bavariya” ilə 5 illik müqavilə bağlayan 25 yaşlı futbolçu doğma Helzenkirhen şəhərində vida mərasimi təşkil edib.

Hələ uşaq yaşlarından “Şalke”nin sıralarında olan Noyer dostlarını katerinə yığıb. Gəzintiyə 60 nəfər gəlib ki, hamı matros forması geyinib. Noyer isə kapitan mundirini əyninə taxıb.

Qeyd edək ki, Manuel yığmasının heyətində cari seçmə mərhələdə milli komandamızla hər 2 oyunu (evdə 6:1, səfərdə 3:1) əvəzedilmədən keçirib və 2 qol buraxıb. Onun qapısına vurulan topların müəllifi Kölndə Vaqif Cavadov, Bakıda isə Murad Hüseynov olub.