AFFA azarkeşləri millimizə dəstək olmağa çağırdı
10.06.2011 - 17:05
AFFA azarkeşləri millimizə dəstək olmağa çağırdı
AFFA azarkeşləri milli komandamıza dəstək olmağa çağırır. Apasport.az saytının məlumatına görə, sabah – iyunun 11-də, saat 16:30-da, “Dalğa Arena”da 17 yaşadək futbolçulardan ibarət komandalar arasında “Caspian Cup” beynəlxalq turnirinin açılış mərasimi olacaq.

Saat 17:00-da U-17 Azərbaycan yığması turnirdə ilk oyununu keçirəcək. Futbolçularımız Qırğızıstan yığması ilə qarşılaşacaq.

AFFA yığmamızı dəstəkləmək üçün ölkəmizin futbol ictimaiyyətinin nümayəndələrini və azarkeşləri “Dalğa Arena”ya dəvət edir. Turnir çərçivəsində keçirilən oyunlarda stadiona giriş pulsuzdur.

Mənbə: affa.az