FİFA prezidenti Azərbaycandakı dünya çempionatının emblemini rəsmən tanıdı - FOTO
10.06.2011 - 18:20
2012-ci ildə Azərbaycanda keçiriləcək 17 yaşadək qızlar arasında futbol üzrə dünya çempionatının rəsmi emblemi Azərbaycan futbolunun 100 illiyinə həsr olunmuş təntənəli mərasimdə FİFA prezidenti Yozef Blatter tərəfindən təqdim olundu. FİFA prezidenti cənab Yozef Blatter və UEFA prezidenti cənab Mişel Platini, Azərbaycan Futbol Federasiyaların Assosiasiyasının prezidenti Rövnəq Abdullayev, Azərbaycan Respublikasının Gənclər və İdman naziri Azad Rəhimov başda olmaqla, təqdimat mərasimində yerli və xarici futbol ictimaiyyəti və media nümayəndələri, müxtəlif futbol federasiyalarının prezidentləri, Avropa Komissiyasının nümayəndələri, Azərbaycanın nüfuzlu ictimai xadimləri, futbol veteranları, U-17 qızlar komandası iştirak edirdi.
Emblemin hazırlanması məqsədi ilə istifadə olunacaq milli atributlar 2010-cu ilin əvvəlində Yerli Təşkilat Komitəsi tərəfindən FİFA-ya təqdim olunmuşdu. Buraya Azərbaycan respublikasının xəritəsi, bayrağı, iki növdə buta rəsmləri, həmçinin Qız qalası, Xan sarayı, Şirvanşahlar sarayı, Neft daşları, Qobustandakı qayaüstü rəsmlər, milli xalça naxışları daxil idi. Təqdim olunan atributlar emblemin Azərbaycana xas olan milli keyfiyyətləri özündə əks edilməsi üçün istifadə olunmuşdu.
Emblemin hazırlanmasında Azərbaycan Respublikasının milli bayrağında əks olunmuş üç (göy, qırmızı, yaşıl) rəng çalarlarından istifadə olunmuşdu. Emblemin mərkəzində yerləşdirilmiş buta naxışı milli xarakter daşıyır və çempionatın Azərbaycanda keçiriləcəyinə nişan edir.
Bütün bunları nəzərə alaraq ötən il FİFA tərəfindən 9 variantda rəsmi emblem hazırlanmışdı. Onların arasında ən uyğunu seçilmiş və Yerli Təşkilat Komitəsi tərəfindən müzakirə olunduqdan sonra 19 İyul 2010-cu ildə AFFA prezidenti Rövnəq Abdullayev tərəfindən təsdiqlənmişdi.
Məlumat üçün bildiririk ki, Azərbaycan 2009-cu ildə 17 yaşadək qızlar arasında futbol üzrə dünya çempionatına ev sahibliyi etmək üçün tenderi qazanmaq məqsədilə FİFA-ya müraciət etmişdi. Həmin ərəfədə AFFA prezidenti Rövnəq Abdullayev FİFA rəhbərliyi ilə görüşərək onları 17 yaşadək qızlar arasında futbol üzrə dünya çempionatının ən yüksək səviyyədə keçiriləcəyinə əmin etmişdi. FİFA-ya təqdim olunan sənədlər paketinin ən önəmli hissəsi də bu tədbirə dövlət dəstəyinin olması idi. Məlumat üçün bildiririk ki, FİFA İcraiyyə Komitəsi 2010-cu il martında 17 yaşadək qızlardan ibarət komandalar arasında 2012-ci ildə təşkil olunacaq dünya çempionatına Azərbaycanın ev sahibliyi etməsi barədə qərar çıxarıb.
FİFA-nın qərarı ilə dünya çempionatının 22 sentyabr -13 oktyabr 2012-ci il tarixlərində keçirilməsi nəzərdə tutulub. Azərbaycan ilk dəfədir ki, futbol üzrə dünya çempionatını qonaq edəcək. Çempionatda iştirak etmək üçün ölkəyə 15 komanda təşrif buyuracaq.

0
0