AFFA prezidenti: Millimiz məğlubiyyətə öyrəşmiş bir komanda idi
10.06.2011 - 19:01
“Mən AFFA prezidenti seçiləndə də demişdim ki, futbolun inkişafı uşaq futbolundan asılıdır. Həmişə belə deyilib. Amma əvvəllər hansısa bir iş görülmüşdümü? Görülməmişdi”. Apasport.az saytının xəbərinə görə, bunu jurnalistlərə açıqlamasında AFFA prezidenti Rövnəq Abdullayev deyib.
Ölkədə uşaq futboluna göstərilən diqqətdən danışan assosiasiya rəhbəri bildirib ki, inkişaf üçün başlıca səbəblərdən biri strukturun olmasıdır: “Uşaqlar arasında müxtəlif turnirlər təşkil edilir, məktəblərdə futbol dərsləri keçirilir. Son illərdə 70-ə yaxın meydançalar tikilib. Futbola sponsorlar cəlb etmişik. Uşaq futbolunun inkişafını istəyiriksə, bunun üçün meydança olmalıdır ki, onlar da oynasınlar. Meydança olmadan, hansı futboldan danışa bilərik?”
Abdullayev bildirib ki, artıq əksər klublar baza tikməyə başlayıb: “AZAL komandasının Şüvəlandakı stadionu hazırdır. “Bakı”nın çox gözəl bazası var. “Neftçi”nin də bazası hazırlanır. “Xəzər-Lənkəran” üçün yüksək səviyyəli baza inşa edilib. Biz hər klubun qarşısında öhdəçilik qoymuşuq. Mən “Bakı”nın bazası ilə tanış oldum, orada 400-ə yaxın uşaq futbolla məşğul olurdu. Lənkəranda da həmçinin. Bu uşaqlar böyüməlidirlər, yavaş-yavaş səviyyə də artacaq. 17 yaşlılardan ibarət komandamız yaxşı nəticə göstərməyə başlayıb. Uşaq vaxtından qələbə qazanmağa öyrəşməlidirlər. Amma biz hələlik qələbəyə öyrəşməmişik. Gəlin, bunu qəbul edək. O vaxt bizim milli məğlubiyyətə öyrəşmiş bir komanda idi, uduzmağı rahat qəbul edirdi. İndi isə azarkeşlər, ictimaiyyət qələbə istəyir. Qələbə üçün qələbəyə öyrəşmiş oyunçular olmalıdır. Bu futbolçular yavaş-yavaş yetişir”.

0
0