Rusiya Premyer Liqasında azərbaycanlıların fırtınası
11.06.2011 - 09:29
Azərbaycanlı Vaqif Sadıqovun məşqçisi olduğu Rusiyanın “Anji” klubu liderliyə yüksəlib. Apasport.az saytının məlumatına görə, Mahaçqala təmsilçisi Premyer Liqanın XII turunda Nalçik “Spartak”ı üzərində qələbədən (2:0) sonra hesabındakı xalların sayını 22-yə çatdıraraq, rəqiblərindən önə keçib. Sadıqovun komandasının Moskva MOİK-i ilə xalları eyni olduğundan, şərikli liderdir. Sadəcə, “hərbçilər” top fərqi daha yaxşı olduğundan, turnir cədvəlində 1-ci pillədə yer alıb. “Anji” növbəti turda iyunun 14-də məhz MOİK-lə görüşəcək və paytaxtda şərikli liderlərin dueli olacaq.
Qeyd edək ki, hesabat turunda azərbaycanlı futbolçu Aleksandr Səmədov də fərqlənib. Moskva “Dinamo”sunun yarımmüdafiəçisi son çempion “Zenit”lə ev oyununun 90+5-ci dəqiqəsində vurduğu qolla komandasını məğlubiyyətdən xilas edib - 1:1.

- "Beşiktaş"ın Nunyez planı gözləyir
- Messi bu il də MLS Ulduzlar oyununu buraxacaq – Cəza tətbiq olunmayacaq
- "Real" Diomande ilə razılığa gəldi – PSJ mübarizədən çəkilmir
- "Fənərbaxça"dan transfer iddialarına cavab – Klub iki xəbəri təkzib etdi
- Mourinyonun "toxunulmaz" oyunçuları – Arda Gülər də siyahıda
0
0