“Qalatasaray” millimizə qarşı oynayan futbolçunu transfer etdi
11.06.2011 - 10:03
“Qalatasaray” klubu mövsümlərarası fasilədə növbəti transferini reallaşdırıb. Apasport.az saytının məlumatına görə, “Cim Bom” “Trabzonspor”dan yarımmüdafiəçi Səlcuk İnanın ardından müdafiəçi Ceyhun Gülsəlamla 4 illik anlaşmaqla, Türkiyə yığmasının daha bir futbolçusunu heyətinə qatıb. Komandası ilə müqaviləni uzatmaqla bağlı danışıqları nəticəsiz qalan Ceyhun karyerasını “Qalatasaray”da davam etdirməyə qərar verib.
“Cim Bom” “Trabzonspor”a göndərdiyi məktubda 24 yaşlı futbolçu ilə danışıqlara başladığını və onun nəticəsi haqda ictimaiyyəti xəbərdar edəcəyini açıqlayıb. İstanbula gələn Gülsəlam yeni klubu ilə anlaşma imzalayıb. Ancaq futbolçu Atatürk hava limanında jurnalistlərin keçidlə bağlı sualını “bir şey söyləmək istəmirəm” deyərək, cavabsız buraxıb.
Qeyd edək ki, Almaniyanın Münhen şəhərində doğulan Ceyhun futbolda ilk addımlarını “Bavariya”nın aşağı yaş qruplarında atıb. 2008-ci ildən “Trabzonspor”da oynayan (53 görüşdə 8 qol) futbolçu həm mərkəz müdafiəçisi, həm də dayaq yarımmüdafiəçisi mövqeyində çıxış edə bilir. 2008-ci ildən Türkiyə yığmasına cəlb edilən (6 oyun) Gülsəlam milli komandamızla iyunun 2-də Kayseridə yoldaşlıq görüşündə (2:0) oynayıb.

0
0