Milli komandanın kapitanı jurnalistlərin tələsinə düşdü
11.06.2011 - 10:50
Londonun “Çelsi” klubunun və İngiltərə milli komandasının kapitanı Con Terri jurnalistlərin tələsinə düşüb. Apasport.az saytının məlumatına görə, 31 yaşlı müdafiəçinin qaçırılan, sonradan tapılan avtomobilində danışılanlar mətbuat nümayəndələri tərəfindən qulaq asılıb. Bu, Terrinin sürəti artırmağa görə cərimə ilə bağlı məhkəməyə verdiyi ifadə zamanı məlum olub. Ona məhz sürəti artırdığına görə yaxın 28 gündə sükan arxasına əyləşməyə qadağa qoyublar.
Polis Conun idarə etdiyi “Range Rover” avtomobilində paparatsilər tərəfindən qoyulan qulaqcıqlar tapıb. Dinləmədən sonra Terrinin vəkili Nik Vriman bildirib ki, müştərisinin London yaxınlığında şosedə öz avtomobilində 124 km/saat sürətlə getməsi müşahidəçi kameralar tərəfindən qeydə alınıb. Həmin yolda maksimum 80 km/saat sürətlə getmək olarmış. Con isə ailəsinin həyatı üçün qorxduğundan, bir neçə papartsinin təqibindən qaçdığını bildirib.

- "Beşiktaş"ın Nunyez planı gözləyir
- Messi bu il də MLS Ulduzlar oyununu buraxacaq – Cəza tətbiq olunmayacaq
- "Real" Diomande ilə razılığa gəldi – PSJ mübarizədən çəkilmir
- "Fənərbaxça"dan transfer iddialarına cavab – Klub iki xəbəri təkzib etdi
- Mourinyonun "toxunulmaz" oyunçuları – Arda Gülər də siyahıda
0
0