Çempionlar Liqasının qalibi Azərbaycan millisindən söz saldı
11.06.2011 - 12:08
“Qazaxıstanda futbol inkişafa doğru gedir. Sizin yığma komandanızın yaxında Azərbaycan millisi üzərində qazandığı qələbə münasibətilə təbrik etmək istərdim”. Apasport.az saytının məlumatına görə, bu fikirləri tanınmış rusiyalı futbolçu Dmitri Aleyniçev Qazaxıstan mətbuatına açıqlamasında deyib. Hazırda ölkəsinin 19 yaşlılardan ibarət yığmasının baş məşqçisi olan Aleyniçev Astanada keçirilən beynəlxalq turnirdə iştirak edib.
39 yaşlı çalışdırıcı milli komandamızın bir həftə öncə Qazaxıstan yığmasına rəsmi oyunda uduzduğu “Astana Arena”dan valeh qalıb. Fürsətdən istifadə edən Aleyniçev iyunun 3-də bu arenada görüşdən söz salaraq, qazaxların millimiz üzərində layiqli qələbə qazandığını düşünür: “Qazaxıstanı gözəl infrastruktur və federasiyasının böyük işinə görə təbrik etmək istəyirəm. Sizin futbolunuzun yaxşı gələcəyi var. Mən bu turnirə dəvətə görə şadam. Qalib gəlməyimiz çox xoşdur. Yəqin ki, təvazökarlıqdan uzaq olacaq, ancaq biz turnirdə həqiqətən ən yaxşı komanda idik. Astanadakı stadionu ilk dəfə gördüm və çox təsirləndim. Böyük təəssürat altındayam. Rəqibimiz olan Qazaxıstan yığması və baş məşqçisi Bernd Ştorku təbrik edirəm. Məğlubiyyətə baxmayaraq, tamaşaçıların gördükləri kimi bizə asan deyildi. Mən paltardəyişmə otağına girəndə, yetirmələrim limon kimi sıxıldığını gördüm”.
Qeyd edək ki, Moskva “Spartak”ı və Rusiya yığmasında çıxışı ilə tanınan Aleyniçevin futbolçu kimi ən böyük uğuru Joze Mourinyonun rəhbərliyi altında “Portu” ilə Çempionlar Liqasını və UEFA kubokunu qazanmasıdır.

0
0