Azərbaycanlı futbolçu “Amkar”dan cavab gözləyir
11.06.2011 - 13:21
Azərbaycanın gənclər yığmasının sabiq futbolçusu Tagim Novruzov Rusiyanın “Amkar” klubunun düşərgəsini tərk edib. Apasport.az saytının məlumatına görə, ötən mövsümü Salyanın “Muğan” klubunda keçirən 22 yaşlı milliləşdirilən rusiyalı yarımmüdafiəçisi doğulub, boya başa çatdığı Mahaçqala şəhərinə gəlib. Tagim 5 gün baxışda olduğu Premyer Liqa təmsilçindən cavab gözləyir. Futbolçu etimadını qazanmağa çalışdığı “Amkar”ın baş məşqçisi Rəşid Rəhimov yekun qərarını ala bilməyib. Əslində Rəhimov disklərlə oyununu izlədiyi, sınamağa razılıq verdiyi Novruzovdan narazı qalmayıb. Ancaq milliyətcə tacik olan bu çalışdırıcı futbolçumuzun mövqeyinə, yəni orta sahədə başqalarını da sınamaq fikrindədir.
“Amkar”ın çalışdırıcı Novruzova iyulda Avstriyada keçəcəkləri təlim-məşq toplanışına gəlməyi təklif edib ki, həmin vaxt artıq baxışdan keçməyi ehtiyac olmayan futbolçu ilə rəsmi müqavilə imzalana bilər. Ancaq Tagim avqustun əvvəlində milli çempionatımızın başlandığını nəzərə alaraq, iyula kimi klub karyerasına aydınlıq gətirməlidir. Üstəlik, onun Azərbaycanda bir neçə variantı var və bunlardan birini seçə bilər. Yarımmüdafiəçi real təklif alarsa, bunu müqavilə bağlamaqla dəyərləndirmək fikrindədir.
Perm klubu Tagimi transfer etməyi qətiləşdirərsə, ona xəbər göndərəcək. Ancaq buna arxayın olmayan yığmamızın sabiq futbolçunu uzağı bu ayın sonuna kimi “Amkar”dan cavab gözləyəcək.
Mehman SÜLEYMANOV

0
0