Georgi Hacı Rumıniya yığmasına qayıtmaqla bağlı fikrini dəyişdi
11.06.2011 - 14:09
Georgi Hacı Rumıniya yığmasına qayıtmaqla bağlı fikrini dəyişdi
Georgi Hacı Rumıniya milli komandasının baş məşqçisi postuna qayıtmaqla bağlı fikrini dəyişib. Apasport.az saytının məlumatına görə, bu vəzifəyə əsas namizəd olan 46 yaşlı rumıniyalı mütəxəssis yığmasını Avro-2012-nin seçmə mərhələsindən sonra qəbul etməyə hazır olduğunu bəyan edib. Halbuki 2 gün öncə Hacının təyinatı açıqlanmışdı. O, müqavilə bağlı Rumıniya Futbol Federasiyası (RFF) ilə razılaşsa da, sonradan qərarını dəyişərək, cari seçmə mərhələ bitəndən sonra milliyə rəhbərlik edəcəyini hazır olduğunu bildirib. İndi bu məsələ ilə bağlı yekun qərar iyunun 13-də çıxarılacaq. Bu, Hacının RFF-in prezidenti, ona dəvət göndərən Mirça Sandu ilə görüşündən sonra bilinəcək.

Qeyd edək ki, Hacının təyinatı reallaşarsa, köməkçilərindən birinin “Neftçi”nin italiyalı sabiq məşqçisi Covanni Melkiorre olacağı gözlənilir. Fiziki hazırlıq üzrə məşqçi olan Melkiorre uzun müddətdir birgə çalışdığı rumıniyalı həmkarının ötən ilin payızında dəvətini qəbul edərək, Bakı klubundan “Qalatasaray”a qayıtdı.